
Amerikanın “C Spire” telekommunikasiya şirkəti Parisdə keçiriləcək Olimpiya Oyunlarında təşkilatın reklamını geri götürmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
İyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” tablosunun təxribat xarakterli parodiyası olan səhnə təqdim olunub.
“Parisdə Olimpiya Oyunlarının açılışı zamanı “Sonuncu şam yeməyi”nin ələ salınması bizi şoka saldı. Şirkət bu Olimpiya Oyunlarında reklamdan imtina edəcək”, – “C Spire” şirkətinin məlumatında deyilir.
Gununsesi.info