Paris-2024: Hidayət Heydərov qələbə qazanıb

  • By ilhame
  • 29 İyul 2024 13:58

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

 

Gununsesi.info-nun turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

 

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Gununsesi.info