Qeyri-sabit hava şəraiti bu vaxta qədər davam edəcək

  • By ilhame
  • 28 İyul 2024 12:11

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.

 

Gununsesi.info-ya bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.

 

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək”.

Gununsesi.info