
Masallıda qadın dördüncü mərtəbədən yıxılaraq xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayondakı Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.
Belə ki, orada kirayə yaşayan Arzu Mirzəyeva evin balkonunda təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
Kəllə-beyin travması, topuq sümüyünün sınığı və digər xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gununsesi.info