Bakıda vəkil döyüldü

  • By admin
  • 28 İyul 2024 18:58

Vəkillər Kollegiyasının üzvü  Toğrul Rzayev  Nəsimi Rayon Polis İdarəsində döyüldüyünü iddia edib.

Gununsesi.info bildirir ki, vəkil özü bu barədə sosial şəbəkə hesabında yazıb.

 

“Artıq 3 günə yaxındır ki, mənə Nəsimi Rayon Polis İdarəsi tərəfindən peşə fəaliyyətimi həyata keçirməyə imkan verilmirdi. 25.07.2024-cü il tarixdə peşə fəaliyyətimi yerinə yetirərkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb döyülmüşəm. Daha sonra mən yaxınlığdakı Təcili Tibbi Yardıma müraciət etdim və oradan məni xəstəxanaya apardılar. Bəzi polis əməkdaşları hələdə anlamır ki, fiziki gücü yalnız qanun yol verdikdə tətbiq etmək olar. Vəkil peşə fəaliyyətini yerinə yetirərkən belə qanunsuz hərəkətlərə yol vermək olmaz. Hələ mən bunun prosessual pozuntularını demirəm”.

 

İlhamə

Gununsesi.info