
Beynəlxalq Futbol Federasiyasının (FIFA) komitəsi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında rəqiblərinə casusluq etdiyinə görə Kanada yığmasını cəzalandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Bildirilirb ki, komanda 226 min dollar cərimə olunub və həmçinin 2024-cü il Oyunlarının qrup turnirində altı xaldan məhrum edilib.
Bundan əlavə, baş məşqçi Beverli Priestman, köməkçi məşqçi Jasmin Mander və analitik Cozef Lombardi bir il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
Kanada qadınlar arasında Olimpiada turnirinin mövcud çempionudur. İyulun 25-də komanda açılış oyununda Yeni Zelandiyanı 2:1 hesabı ilə məğlub edib. A qrupunda hələ Fransa və Kolumbiya ilə görüşləri var.
Oyunların açılış mərasimi iyulun 26-da baş tutub və tənqidlərə məruz qalıb.
Müsabiqə avqustun 11-dək davam edəcək.
Şəbnəm
Gununsesi.info