Vahid Əhmədov və Əli Məsimli kimi şəxslərin parlamentdə təmsilçiliyi bu orqana ancaq hörmət gətirib

  • By admin
  • 29 İyul 2024 11:17
“Vahid Əhmədov və Əli Məsimli kimi şəxslərin parlamentdə təmsilçiliyi bu orqana ancaq hörmət gətirib.
Bu şəxslər iqtisadiyyatı, idarətməni , onun problemlərini gözəl bilir. Təkliflər verirlər, çıxış yolları göstərirlər, hökumət üzvlərini ildə 1-2 dəfə məclisdə görəndə camaatın sosial həyatındakı çətinlikləri xatırladırlar”.
Bunu Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli özünün sosial şəbəkə hesabında yazıb.
Vahid Əhmədovun seçkidən kənarlaşması faktına toxunan baş redaktor daha sonra əlavə edib:
“Heç olmasa hər sahədən- iqtisadiyyat, hüquq, siyasət , mədəniyyət və sair sahələrin  5 nəfər peşəkarının parlamentdə düşməsinə maneçilik yaradılmamalıdır.
Nəzərə almaq lazımdır ki, Milli Məclisin dövlətin məsuliyyətini bölüşən ikinci ali hakimiyyət orqanıdır.
Hansısa biznesmenin kürəkənləri, övladları ilə yanaşı bu cür adamlara da yer ayrılmalıdır”.
Günay
Gununsesi.info