Polşa Ukrayna ordusu üçün sursat alınması üçün məbləğ açıqlayıb

“Varşavanın Ukrayna Silahlı Qüvvələri (AFU) üçün artilleriya sursatlarının alınması üzrə Çexiya təşəbbüsünə yönəldilən maliyyə tranşının məbləği 50 milyon avro təşkil edir”.

Gununsesi.info xəbər verir ki, bunu “Vişeqrad İnsight” jurnalına müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Biz 50 milyon avro ayırdığımız Çexiyanın silah-sursat təşəbbüsünü yüksək qiymətləndiririk”, – deyə nazir məbləği açıqlayıb.

Eyni zamanda, Sikorski jurnalistlərin Varşavadan ayrılan pulun hələ nə vaxt Praqaya çatacağı ilə bağlı sualına cavab verməyib və onu Polşa Müdafiə Nazirliyinə yönləndirib.

Bundan əvvəl Çexiyanın müdafiə naziri Jana Çernoxova Çexiya təşəbbüsü çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün sursat alınmasının maliyyə çatışmazlığı səbəbindən ləngidiyindən şikayət etmişdi, çünki Çexiyaya vəd edilən pulu yalnız dörd ölkə göndərmişdi.

O, Çexiyanın vəd etdiyi vəsaiti yalnız Kanada, Danimarka, Hollandiya və Portuqaliyadan aldığını, ümumilikdə 18 dövlətin təşəbbüsə qoşulduğunu açıqlayıb.

 

 

Şəbnəm

Gununsesi.info