İnsanabənzər robotlar qocalar evində işləməyə başladı

  • By Günel
  • 28 Avqust 2024 18:16

Almaniyada qocalar evində insanabənzər robotlar işləməyə başlayıb. Könüllülər tərəfindən kontrol edilən, uzaqdan idarə olunan robotlar tibb bacıları və baxıcıların məşğul olduğu müddətdə yaşlıların tək qalmasının qarşısını alır, yəni onlar tək qalmır.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, Erfurt şəhərində həyata keçirilən pilot layihədə uzaqdan idarə olunan insanabənzər robotlardan istifadə edilir.

İstifadəçinin hərəkətlərini birə-bir təqlid edən robot təkərləri sayəsində hərəkət də edə bilir. İstifadəçinin üzü və səsi də robota ötürülür.

Tibb bacıları və baxıcılar robotlar sayəsində işlərinin asanlaşdığını deyirlər.

Robotun imkanları hələlik bunlarla məhdudlaşsa da, mühəndislər sistemi günü-gündən təkmilləşdirdiklərini bildiriblər.

Mütəxəssislər düşünürlər ki, gələcəkdə süni intellektlə təchiz edilən robotlar yaşlıların qayğısına qalmaq üçün böyük fayda verəcək.

 

Günel

Gununsesi.info