
“İran HƏMAS-la İsrail arasında şərtləri fələstinlilər üçün məqbul olan istənilən atəşkəs sazişini təsdiqləyəcək”.
Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Haya ilə söhbətində deyib.
A.Araqçı yeni gələn Tehran hakimiyyətinin əvvəlki kimi Fələstini dəstəkləməyə davam edəcəyini bildirib.
Gununsesi.info