Telegram-ın populyarlığı artıb

Pavel Durovun həbsindən sonra bir sıra ölkələrdə Telegram-ın populyarlığı artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.

Məlumata əsasən xüsusilə, Fransada App Store-da Sosial Şəbəkələr kateqoriyasında birinci yerə yüksəlib və ümumi proqramlar reytinqində üçüncü olub.

Bundan başqa, ABŞ-da müəyyən bir nöqtədə tətbiq sosial şəbəkələr arasında yükləmə sayına görə ikinci yerə qalxıb.

Qeyd edək ki, Fransa prokurorluğu Pavel Durovun həbs müddətini uzadıb.

Durov avqustun 28-dək həbsdə qalacaq.

 

 

 

Şəbnəm

Gununsesi.info