
Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərindən (SAM) imtina edərək Amerikadan F-16 qırıcılarının alınmasına qərar verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Rusiyadan 2,5 milyard dollara alınan və ABŞ-la münasibətlərdə böhrana səbəb olan S-400 hava hücumundan müdafiə sistemlərinin hələ də anbarlarda saxlandığı iddia edilir. Məlumatlara görə, Türkiyə S-400 probleminin həlli ideyasını müzakirəyə çıxarıb ki, bu da ABŞ-ın F-35-ləri satmağa qayıtması üçün şərtdir”, – nəşr mənbələrə istinadən yazır.
Materialın müəllifləri Amerikanın Ankaradakı səfirliyinin əməkdaşları ilə də əlaqə saxlayıblar.
Bildirilib ki, mümkün sövdələşmə faktı inkar edilməyib. Güman edilir ki, təyyarələr Yunanıstanla münasibətlərin pisləşməsi fonunda Türkiyə tərəfinə lazımdır.
Daha əvvəl analitik Engin Özer Türkiyənin alternativ plan həyata keçirdiyini və Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Liviyada yerləşdirəcəyini bildirmişdi.
Onun sözlərinə görə, Ankara bu alternativ planı həyata keçirə bilər, çünki razılaşmaya əsasən, “bu sistemləri istifadə üçün üçüncü ölkələrə ötürə, sata və ya verə bilməz”.
İlhamə
Gununsesi.info