Dünyaca məşhur keçmiş ulduz Məsut Özil məsciddə təmizlik işləri aparıb.Gununsesi.info türk mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu Özilin Üsküdar bölgəsindəki Şəmsi Ahmet Paşa məscidində təmizlik işləri apardığı anlar sosial mediada gündəm olub, minlərlə şərh yazılıb.“Real Madrid”lə bir dövrə damğasını vuran və Super Liqada “Fənərbaxça” forması geyinən Məsut Özil futboldan ayrıldıqdan sonra adından söz etdirməyə davam edir.