Durovun işi ilə bağlı təfərrüatlar məlum olub

Paris məhkəməsi Durovun işi üzrə dinləməni hələ təyin etməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, bu gün Durovun həbsdə saxlanmasının mümkün olan maksimum müddəti başa çatacaq.

Bildirilir ki, Le Canard Enchaîné satirik qəzeti Durovun Fransa prezidenti Emmanuel Makronla şam yeməyinə uçduğunu yazmışdı.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.

Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.

Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və dələduzluq idarələri tərəfindən araşdırılır.

Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.

 

 

Afət

Gununsesi.info