Durova qarşı şok ittiham -Azyaşlıya zorakılıq, 167 min dollar aliment.. Foto

  • By Günel
  • 28 Avqust 2024 15:37

“Telegram”ın həmtəsisçisi Pavel Durovun üç uşağının anası olduğunu iddia edən İrina Bolqar ona qarşı İsveçrədə ittihamlar irəli sürərək iddia qaldırıb. O, 2021-2022-ci illərdə Durovun kiçik oğluna qarşı beş dəfə fiziki zorakılıq tətbiq etdiyini bildirib.

Gununsesi.info Musavat.com -a istinadən xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

İ.Bolqarın sözlərinə görə, bu, uşaqda xəsarət, beyin silkələnməsi və yuxu problemlərinə səbəb olub.

O, sübut kimi mesajları və uşağın yaxşı yata bilmədiyi və narahatlıqdan əziyyət çəkdiyi barədə tibbi arayış təqdim edib.

Qadın onu da iddia edir ki, Durov ayda 167 min dollar məbləğində aliment ödəməyi dayandırıb.

Gununsesi.info