
Rusiya əməkçi miqrantları yaşadıqları ölkəyə gediş-gəliş bileti üçün əvvəlcədən pul yığmağa məcbur etməyi təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Parlament qəzetinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı Vadim Denqinin bildirib.
Onun irəli sürdüyü təşəbbüs miqrantın evə qayıtması üçün aviabiletin qiymətinə bərabər məbləği saxlamalı olacağı xüsusi hesabın yaradılmasını nəzərdə tutur.
Bu vəsaitlər əmək patentinin və ya müqavilənin müddəti bitdikdə, yaxud miqrant qanun pozuntularına görə Rusiyadan qovulduqda istifadə oluna bilər.
Denqinin sözlərinə görə, bu məbləği təkcə miqrantın özü deyil, həm də onun gəldiyi dövlət ödəyə biləcək.
O, vurğulayıb ki, ölkəni tərk etməli olan miqrantların bilet almaq üçün pullarının olmadığını bildirən hallar tez-tez olur və onların deportasiyası Rusiya büdcəsi hesabına həyata keçirilir.
Deputat hesab edir ki, bu cür xərclər vergi ödəyicilərinin üzərinə düşməməlidir.
Təşəbbüs artıq Federasiya Şurasında müzakirə olunur və İnsan Hüquqları Şurasından dəstək alıb.
Bundan əvvəl Putin miqrantlar üzərində nəzarətin gücləndirilməsinə yönəlmiş bir sıra qanunları, o cümlədən qanunu pozanların “nəzarət olunan şəxslərin reyestrinə” əlavə edilməsi və miqrantların məhkəmə qərarı olmadan ölkədən çıxarılmasının mümkünlüyü haqqında qanunu imzalayıb.
Şəbnəm
Gununsesi.info