
Ermənistanın baş naziri Paşinyan ölkənin diplomatik nümayəndəliklərinin rəhbərlərinin görüşündə səfirlərə xəbərdarlıq edib ki, Ermənistan “çətin dövrə qədəm qoyur” və bu səbəbdən onlar “qeyri-standart qərarlar” qəbul etməli olacaqlar.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Onun kursu ilə razılaşmayanları istefa verməyə çağırdığı qeyd edilir.
Qəzetin mənbələri xəbər verir ki, ola bilsin ki, yaxın vaxtlarda Ermənistanın baş naziri ya diplomatları dəyişsin, ya da onlar öz istəkləri ilə istefa versinlər.
Erməni mediası həmçinin bildirir ki, Paşinyan seçkilərdə qalib gəlmək üçün hakim partiyanı təmizləməyə başlayıb.
Günay
Gununsesi.info