YAP-ın vəzifəli şəxsi 54 yaşında vəfat etdi

  • By Günel
  • 28 Avqust 2024 16:37

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədr müavini Maqsud Şabiyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, M.Şabiyev ötən gün 54 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Şabiyev Maqsud Səxavət oğlu 1970-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.

Xatırladaq ki, M.Şabiyev Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər zamanı dairə seçki komissiyalarının iclaslarını müşahidə edəcək xüsusi icazəli şəxslərdən biri olub.

 

Gununsesi.info