Azərbaycanda poliklinikalarda sistem çökdü

  • By Günel
  • 28 Avqust 2024 11:29

Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az -a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər.

Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.

 

Gununsesi.info