
ABŞ-ın Azərbaycandakı səfirliyi müxtəlif bölgədən olan qadınları bir araya gətirib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə səfirliyin sosial şəbəkə hesabında yazılıb.
Biz Azərbaycanda Qadınların Gücləndirilməsi Mərkəzləri (WECA) proqramını dəstəkləməkdən qürur duyuruq! CIPE Europe & Eurasia və AccessBank Azerbaijan ilə birgə əməkdaşlıq edərək, CIPE-nin “Qadınlar Bizneslə+” təlimini başa vurduqdan və biznesləri üçün əsas maliyyə vəsaiti aldıqdan sonra Xaçmaz, Şəki və Gəncədən olan 27 qadın sahibkarı Uluchay-da bir araya gətirən şəbəkələşmə tədbiri keçirdik. Qadınların Azərbaycan iqtisadiyyatına verdiyi töhfələr kənd inkişafının və icmanın davamlılığının güclü təkanverici qüvvəsidir.
Gununsesi.info