
Moldova parlamentinin sədri İqor Qrosu ölkəsinin yaxın 5 ildə Avropa İttifaqına üzv ola biləcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Moldova 1 məlumat yayıb.
Qrosu qeyd edib ki, Moldova hakimiyyəti Aİ daxilində Avropaya inteqrasiya və “rifah, inkişaf və azadlığa” sadiqdir.
O, əlavə edib ki, Kişinyovun planları ABŞ və müxtəlif Avropa tərəfdaşları, o cümlədən Rumıniya tərəfindən dəstəklənir: “Biz Avropanı öz evimizdə qurmaq fürsətinə sahib olmaq istəyirik. Moldova Respublikası dörd-beş ildən sonra bu hadisənin şahidi olacaq və Avropa İttifaqına üzv olacaq”.
Xatırladaq ki, Moldovada prezident seçkiləri 2024-cü ilin oktyabrında keçiriləcək. Həmin gün, oktyabrın 20-də ölkədə Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcək. Moldova Konstitusiyası referendumun nəticələrinə əsasən, Avropaya inteqrasiya kursunun möhkəmləndirilməsini təklif edir.
Günel
Gununsesi.info