Harri Keyn “Qızıl buts” mükafatı alıb

  • By ilhame
  • 28 Avqust 2024 13:11

Ötən mövsüm Avropanın 5 ən böyük liqasının ən çox qol vuran futbolçusu olan “Bavariya”nın hücumçusu Harri Keynə “Qızıl buts” mükafatı təqdim olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

 

Xatırladaq ki, 31 yaşlı oyunçu 2023-cü ilin avqustunda “Tottenhem”dən “Bavariya”ya keçib. O, Münhen təmsilçisi ilə 2023/2024 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub.

Gununsesi.info