Türk şirkəti 330 milyon avro dəyərində İrlandiya şirkətini alır

  • By Günel
  • 28 Avqust 2024 17:22

Material Texnologiyaları türk şirkəti Çimsa, İrlandiyada yerləşən tikinti materialları istehsalçılarından biri olan Mannok Holdings DAC-ın yüzdə 94,7 səhmlərini almaq üçün müqavilə imzaladığını açıqlayıb.

Tərəflər arasında imzalanan alqı-satqı müqaviləsinə əsasən, Mannokun səhmlərinin 94,7 faizi lazımi təsdiqləmə prosesləri tamamlandıqdan sonra Çimsa-nın törəmə şirkəti Sabancı Building Solutions BV (SBS) şirkətinin 100 faizlik törəmə şirkəti olan Cimsa Ireland Ltd-ə veriləcək. Mannokun cəmi şirkət dəyərinin 330 milyon Avro olduğu bildirilərkən, kapitalın yüzdə 94,7-nə uyğun gələn son səhm alış qiymətinin bağlanma tarixinə maliyyə borcları çıxıldıqdan və digər düzəlişlər edildikdən sonra müəyyən ediləcəyi vurğulanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən bildirir ki, Sabancı Holdinq baş direktoru Cenk Alper Çimsa-nın son illərdə atdığı addımlarla qlobal izlərini gücləndirdiyini vurğulayaraq, “Çimsa; İspaniya, ABŞ və Almaniya kimi ölkələrdə sərmayələri ilə hazırda qlobal tikinti materialları şirkətinə çevrilmişdir. Mannok investisiyası da bu transformasiyanın mühüm hissələrindən biri olacaq. Digər tərəfdən, bütün qeyri-üzvi böyümə addımlarımızda ilk şərtimiz yeni investisiyalarımızın davamlılığa xidmət etməsidir. Sabancı üçün bu, hər hansı maliyyə faydası xaricində şirkət mədəniyyətinə çevrilmiş bir investisiya meyarıdır. Bundan əlavə, önümüzdəki dövrdə xüsusilə beynəlxalq müştəri portfelimizi genişləndirəcək investisiyalarımızı prioritetləşdirməyə davam edəcəyik. Çimsa tərəfindən imzalanan bu müqavilə Sabancı Qrupu olaraq izlədiyimiz bu iki investisiya meyarına tam cavab verir” deyib.

Günel

Gununsesi.info