Paşinyan hökumətin siyasəti ilə razı olmayan səfirləri istefaya çağırıb – KİV

  • By Günel
  • 28 Avqust 2024 12:37

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin siyasəti ilə razılaşmayan xarici ölkələrdəki erməni səfirləri istefaya çağırıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Bildirilib ki, Paşinyan bu barədə Dilicanda Ermənistanın xarici ölkələrdəki diplomatik missiyaları ilə keçirdiyi illik seminarda danışıb.

Qəzetin mənbəsi, həmçinin yaxın zamanlarda səfirlərin bir qisminin əvəzlənəcəyini istisna etməyib.

 

Gununsesi.info