
Növbəti 3 ilini həbsdə keçirə biləcək Telegram-ın yaradıcısı Pavel Durovun Nobel mükafatına namizədliyi irəli sürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə rektor Konstantin Klimenko çıxış edib.
Müvafiq sənədlər artıq Asiya və Afrikada yerləşən bir sıra universitet və təşkilatların nümayəndələri tərəfindən imzalanıb.
Klimenko hesab edir ki, Durov sadəcə dahi deyil, o, yeni rəqəmsal texnologiyalar erasının lideridir.
Qeyd edək ki, Teodor Ruzvelt, Martin Lüter Kinq və Tereza ana Nobel mükafatı alıblar.
ABN24 daha əvvəl bildirmişdi ki, Pavel Durov 2027-ci ilə qədər həbsdə qala bilər.
Amma alternativ da variant var – çoxmilyonluq girov və müqabilində ev dustaqlığı.