
Cənubi Koreya prezidenti Yun Sok Yol Telegramda geniş yayılmış sui-istifadə ilə bağlı medianın xəbərlərindən sonra rəqəmsal cinayətləri hərtərəfli araşdırmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.
“Bu, anonimliyin qorunmasına əsaslanan texnologiyanın istismarıdır. Bu, açıq-aydın cinayətdir”, – deyə prezident Nazirlər Kabinetinin iclasında deyib.
Qeyd olunur ki, Yun ümumilikdə sosial şəbəkələrdə baş verən cinayətlərdən danışıb və birbaşa Telegram-ı qeyd etməyib.
Cinayətlərlə bağlı mediada yayılan xəbərlər Telegram-ın qurucusu Pavel Durovun həbsi ilə eyni vaxta düşüb.