Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək

  • By Günel
  • 28 Avqust 2024 14:54

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 5-də saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinlərini qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula sentyabrın 4-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Gununsesi.info