Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

  • By Günel
  • 28 Avqust 2024 12:24

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 30-da Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Qəbula gələn vətəndaşların qeydiyyatı 29 avqust 2024-cü il tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Gununsesi.info