
ABŞ-da polis məmurları cinayət hadisəsi haqqında hesabat yazmaq üçün süni intellekt chatbotlarından istifadə edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, süni intellekt tərəfindən yaradılan polis hesabatlarının istifadəsi yeni olduğundan, onların istifadəsinə rəhbərlik edən təhlükəsizlik tədbirləri azdır.
Bildirilib ki, ChatGPT ilə eyni generativ süni intellekt modelinə malik texnologiya polisin bədən kamerasındakı mikrofondan audio və radio danışıqlarını çəkir və səkkiz saniyə ərzində hesabat hazırlaya bilir.
Məlumata görə, yeni proqram avtomobil nömrələrini oxuyan, şübhəli şəxslərin üzlərini tanıyan və ya atəş səslərini aşkar edir.
Qeyd olunur ki, süni intellekt polisin etməli olduğu sənədləşmə işlərini aradan qaldırmağa və onlara vacib işlərə daha çox vaxt ayırmağa imkan verir.
Günel
Gununsesi.info