Zaqatalada narkokuryer ƏLƏ KEÇDİ

  • By Günel
  • 28 Avqust 2024 11:39

Zaqatalada doqquz kiloqram narkotik dövriyyədən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan bildirilib.

Vurğulanıb ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov saxlanılıb. Ondan 9 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Gununsesi.info