Özbəkistana turist kimi səfər edən Azərbaycan vətəndaşlarının sayı 10 min nəfərə yaxınlaşıb

  • By ilhame
  • 28 Avqust 2024 13:42

Bu ilin yanvar-iyul aylarında 9,6 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.

 

Gununsesi.info  Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 min nəfər və ya 19,8 % artıb.

 

Hesabat dövründə 5 657 Azərbaycan vətəndaşı Özbəkistana istirahət, 3 362 nəfər qohumları ziyarət etmək, 9 nəfər müalicə, 3 nəfər təhsil almaq məqsədilə səfər edib, 543 nəfərin səfəri isə xidməti məqsədi olub.

Gununsesi.info