
Aİ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinin gedişini diqqətlə izləyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ nümayəndəsi RİA Novosti-yə bildirib.
Onun fikrincə, Aİ bu seçkilərin rəqabətli olmasını, həmçinin beynəlxalq standartlara uyğun olmasını və gürcü xalqının iradəsini əks etdirməsini gözləyir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Brüssel baş nazirin və “Gürcü arzusu”nun digər rəsmilərinin bütün müxalifət partiyalarına qadağa qoyulması ilə bağlı bəyanatlarından narahatdır.
Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsi haqqında fərman imzalayıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna və Moldovada partiyaların fəaliyyətinə qadağa qoyulmasını qeyd edib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze etiraf edib ki, müxalifətin qarşıdan gələn seçkilərdə qələbəsi Rusiyaya qarşı “ikinci cəbhənin” açılmasına səbəb ola bilər.
Günay
Gununsesi.info