
Amerikanın “Twelve” startapı ekoloji cəhətdən təmiz yanacaq yaratmaq üçün 645 milyon dollar toplayıb.
Gununsesi.info xəbər verir ki, vəsait karbon qazından (CO2) dayanıqlı aviasiya yanacağı istehsal etmək üçün fabriklərin tikintisinə sərf olunacaq.
“Twelve” yaşıl yanacaq yaratmaq üçün şirkət tullantılardan və ya havadan karbon dioksidi çıxaran, sonra yeni kimyəvi maddələr istehsal etmək üçün onu sudan ayıran elektrokimyəvi reaktordan istifadə edir.
“Twelve” hesab edir ki, yeni texnologiya bir sıra sektorlar üzrə istehsalçılara qalıq yanacaqlardan uzaqlaşmaq imkanı verəcək. Startap hazırda aviasiya sektorunun inkişafına yönəlib.
Bildirilir ki, “Twelve” hazırda Vaşinqtonda 2025-ci ildə açılması planlaşdırılan ilk aviasiya yanacağı zavodunu tikir. Zavodda yaranacaq yanacağın emissiyaları təyyarə yanacağından 90 faiz az olmalıdır.
Bundan əvvəl Böyük Britaniyanın Gaussion startapı 12 milyon dollar toplayıb.
Pul elektromobillər üçün akkumulyatorların təkmilləşdirilməsi layihəsinə sərf olunacaq.
Günay
Gununsesi.info