
İsrailin strateji işlər naziri Ron Dermer Qəzzaya hücumları daha 12 ay davam etdirəcəklərini açıqlayıb. Dermer ABŞ prezidenti Donald Trampın İsrail üçün “pis” olacaq bir müqavilə imzalamayacağına da inandığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, strateji işlər naziri Ron Dermer Qüdsdə keçirilən konfransda çıxış edib.
Dermer qələbə qazanmalı olduqlarını iddia etsə də, bu qələbənin nə olduğunu açıqlamayıb.
Dermer, “12 ay sonra 7 oktyabr müharibəsi bitəcək. Daha çox ölkə İsraillə sülh istəyəcək, lakin bunun açarı qələbədir” deyib.
ABŞ və İran arasındakı danışıqlar prosesi ilə bağlı açıqlama verən Dermer, ABŞ prezidenti Donald Trampın İsrail üçün “pis” olacaq bir müqavilə imzalamayacağına inandığını bildirib.
Orxan