Rusiya Şimali Koreya raketləri ilə hücuma keçdi

  • By Admin2
  • 23 İyun 2025 13:05

Ukrayna prezidenti Zelenski Rusiya ordusunun ölkəsinə qarşı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Zelenski hücumda 159 pilotsuz uçuş aparatının istifadə edildiyini və Şimali Koreya istehsalı olan ballistik raketlər də daxil olmaqla 16 raketin buraxıldığını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabından verdiyi yazılı açıqlamada, rusların gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ölkənin müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyini bildirib.

Hücumda 159 İHA və 16 raketdən istifadə edildiyini bildirən Zelenski, “İlkin məlumatlara görə, Şimali Koreyanın ballistikasından da istifadə edilib” məlumatını paylaşıb.

Raketlərin və PUA-ların əksəriyyətinin havada məhv edildiyini qeyd edən Zelenski Kiyevə hücumda 5 yaşayış binasının zərər gördüyünü vurğulayıb.

Zelenski hazırkı məlumata görə, hücum nəticəsində Kiyevdə 6 nəfərin öldüyünü və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Rusiyanın ABŞ-nin İranın nüvə proqramına hücumuna cavab verdiyini və İran istehsalı olan “Şahed” tipli PUA-larla Ukraynaya hücum etdiyini qeyd edən Zelenski qeyd edib:

“Bu gün Rusiya ordusunun Kiyev və digər şəhər və yaşayış məntəqələrinin mülki infrastrukturuna Rusiya-İran şahları (birgə istehsal və raket) hücumundan sonra Moskva susur”.

Bu gün İngiltərədə görüşlər keçirəcəyini bildirən Zelenski orada keçirəcəyi danışıqlarda Rusiyaya təzyiqin artırılması kimi məsələlərin müzakirə ediləcəyini bildirib.

Kiyev meri Vitali Kliçko da öz Telegram hesabında Rusiya ordusunun paytaxta təşkil etdiyi hücumda 19 nəfərin yaralandığını açıqlayıb.

Orxan

Gununsesi.info