
Gununsesi.info xəbər verir ki, sözügedən qərar cəmiyyətdə birmənalı qəbul edilməyib.
Bu, həm də Turizm məqsədi ilə əlaqələndirilsə də, eyni zamanda gənclərin bu oyunlara qruşanmasına yol açacağı bildirilir.
Milli Məclisin deputatı Elman Nəsirov məsələ ilə əlaqədar olaraq deyir ki, bu turizm sahəsinin bizə həm reklam, həm də büdcə üçün əlavə vəsait baxımından xeyri var:
“Heç kəsə sirr deyil ki, Turizm dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Təsadüfi deyil ki, qardaş Türkiyənin büdcəsinin formalaşmasında Turizm sektorunun çəkisi kifayət qədər böyükdür. Hər il 50-55 milyon insan Türkiyəni turist olaraq ziyarət edir ki, bu da kifayət qədər böyük göstəricidir. Azərbaycanın təbii şəraiti, resursları, əhalinin qonaqpərliyi, iqlimi, meşələri, dağları imkan verir ki, ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaransın. Bu yaxınlarda Çin Xalq Respublikası ilə qarşılıqlı şəkildə viza rejiminin ləğvi ilə də bağlı razılaşma əldə etdik. Ölkə Prezidenti Cənab İlham Əliyev də bildirdi ki, təxminən bir tam onda beş milyon çinli Azərbaycana gəlsə, kifayətdir. Turizm çoxşaxəlidir. Turizm içərisində bir sahə də var ki, ona “elit turizm” deyirlər. Uzağa getməyək, Gürcüstanda da bu turizm növü ilə bağlı kazinolar fəaliyyət göstərir. Buraya imkanlı turistlər gəlir, oynayır və bu da büdcə üçün geniş vəsaitdir. Azərbaycanda isə qəbul edilməsi gözlənilən qanun layihəsində bütün ölkə üzrə deyil, yanlız konkret olaraq süni adalarda fəaliyyət götərilməsinə icazə verilir. Məsələn, Gürcüstanda bu, bütün ölkə boyuncadır. O insanların ki, imkanı var, onlar gəlir və istirahət edir. Bir daha deyirəm, bu, bütün ölkə üzrə deyil. Konkret ərazidə keçirilməsinə icazə verilir. Bu hadisəyə başqa rəng qatmaq, məna vermək lazım deyil. Bizdə bu sahə priolitet olmayıb. Sadəcə, dəyişən reallıqlar fonunda belədir. Qonşu Gürcüstanın da təcrübəsinə əsaslansaq, demək olar ki, belə elit turizm həm də ölkənin reklamı baxımından xeyirlidir. Üstəlik, imkanlı turistlər buoyunlardan iştirak etməklə pullar xərcləyir və bunun bizim üçün xüsusi faydası var”, – deyə o, bildirib.
Orxan