İndoneziyada güclü zəlzələ oldu

  • By Günel
  • 17 Aprel 2025 08:00

İndoneziyanın Sulavesi adasının sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb .

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb .

Məlumata görə, yeraltı təkanlar təxminən 10 min insanın yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Gununsesi.info