
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Baş verən yol qəzası zamanı 2005-ci il təvəllüdlü Rəvan Məmmədov və Cahangir Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.