Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı

  • By Günel
  • 16 Aprel 2025 23:49

Paytaxtın Yasamal rayonunda qətl hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, ər arvadının başını kəsib daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Məlumata görə, qətli törədən 1987-ci il təvəllüdlü Məmmədov Bürhan İlham oğludur. O, 1992-ci il təvəllüdlü arvadı Məmmədova Xumar Ağa qızının başını kəsib daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Gununsesi.info