Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu

  • By Günel
  • 03 İyul 2025 23:18

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Daha əvvəl bildirilib ki, 2021-ci ildən hakimiyyətə gələn Taliban tərəfindən qəbul olunan Əfqanıstanın yeni bayrağı ölkənin Moskvadakı səfirliyinin üzərində dalğalanmağa başlayıb.

Qeyd edək ki, Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.

Gununsesi.info