Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

  • By Admin2
  • 07 İyul 2025 16:05

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info