Dostu sevindirən, düşməni pəjmürdə edən Xankəndi zirvəsi: “Bədxahlarımız gördü ki…”

“Azərbaycanın qədim Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü tarixi bir toplantı idi. Bu toplantı istər Azərbaycan, istər türk dünyası üçün böyük əhəmiyyət daşıyırdı”.

Bu sözləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Xankəndi zirvəsi Azərbaycan diplomatiyasının uğurudur:

“Bir müddət öncə Bakıda fəaliyyət göstərən diplomatik korpusun bir sıra nümayəndələri, bəzi ölkələrin səfirləri Şuşaya belə getmək istəmir, tərəddüd edirdilər. 2023-cü ilin sentyabrın 19-da keçirilmiş lokal antiterror əməliyyatından sonra da bəzi Qərb dairələri Qarabağda tarixə keçmiş separatizmi diriltməyə cəhd edirdilər. Lakin Azərbaycanın apardığı məqsədyönlü siyasət sonunda bəhrəsini verdi. Qarabağ münaqişəsi tarixin arxivinə verildi, Azərbaycanın suveren hüquqları bütün ölkə ərazisində bərqərar edildi. Bu gün azad Qarabağın digər şəhər və qəsəbələri, kəndləri ilə yanaşı Xankəndi də dirçəlir, yenidən qurulur. Xankəndidə həyat qaynamağa başlayıb. Azərbaycan dövlətinin vəsaiti ilə tikilmiş şəhər yeni simasına qovuşur. Bu gün nüfuzlu tədbirlərin Xankəndidə keçirilməsi qürurvericidir. Obrazlı desək, Xankəndi zirvəsi dostu sevindirdi, düşməni pəjmürdə etdi. Eyni zamanda Xankəndi dünyanın nüfuzlu dövlətlərin rəhbərlərinin iştirakı toplantının keçirilməsi türk islam dünyasının inteqrasiyası baxımından önəmlidir”.


E. Cəfərli deyib ki, Türkiyə, Pakistan kimi dövlətlərin rəhbərlərinin Xankəndinə gəlməsi və dövlətimizin başçısı ilə yanaşı dostluğu, müttəfiqliyi, qardaşlığı simvolizə edən “pozlar verməsi” bizi istəməyən qüvvələrə də açıq mesaj oldu:

“Bir daha bəyan edildi ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Azərbaycan tək deyil, güclü müttəfiqləri var. İran prezidenti, soydaşımız Məsud Pezeşkianın Xankəndiyə gəlməsi də xüsusi məna kəsb etdi. İranla İsrail arasında davam edən 12 günlük müharibə zamanı SEPAH-a bağlı bur sıra şovinist kanallar Azərbaycanı ittiham edirdilər. Biriləri hesab edir ki, müharibədn sonra İran Azərbaycana qarşı yenidən qəzəblənəcək. Lakin belə olmadı. İran rəhbərliyi reallığı anladı, Azərbaycanla konstruktiv münasibətləri davam etdirdi. Məsud Pezeşkianın Xankəndiyə gəlməsi, dövlət başçımızla Azərbaycan dilində danışması iki ölkə arasında münasibətləri qaydasında olduğunu bir daha göstərdi”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info