
Surinam Milli Assambleyası ümumi seçkilərdən həftələr sonra keçirilən prezident seçkilərində Cennifer Simons-u dəstəkləyib. Simons ölkənin ilk qadın prezidenti olacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerikanın Surinam ölkəsində parlament Cennifer Simonsun prezident seçilməsinə razılıq verib. Həm də həkim olan Simons ölkənin ilk qadın prezidenti oldu.
Mayın 25-də Surinamda keçirilən parlament seçkilərində Simons-un müxalif Milli Demokratik Partiyası 18 yer, hazırkı prezident Çan Santoxinin Proqressiv İslahat Partiyası isə 17 yer qazanıb. Qalan partiyalar 16 yeri bölüşdürüb.
Surinamda prezident birbaşa xalq tərəfindən deyil, ümumi seçkilərdən sonra Milli Assambleya üzvlərinin səsləri ilə seçilir. Bir namizədin prezident seçilə bilməsi üçün deputatların üçdə ikisinin səsini almalıdırlar.
Parlamentdə keçirilən seçkilərdən sonra qısa bir çıxışında 71 yaşlı Simons dedi: “Mən bu vəzifəyə xidmət etmək üçün gəldim; var-dövlətimizi bütün xalqımıza təqdim etmək üçün biliyimi, gücümü və idrakımı istifadə edəcəyəm”.
O, həmçinin deyib:
“Çiynəmizə düşən məsuliyyətin fərqindəyəm. Mənim üçün bu məsuliyyət bu vəzifəni tutan ilk qadın olmağımla gəlir… Çox danışmağa ehtiyac yoxdur. Sağ olun, işə başlayacağıq”.
Orxan