“Mənə qarşı sui-qəsdə cəhd etdilər”

  • By Admin2
  • 07 İyul 2025 17:14

İran prezidenti Məsud Pezeşkian İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb.

Gununsesi.info Gazeta.ru-ya istinadən xəbər verir ki, Pezeşkian bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Bəli, onlar (İsrail-red.) cəhd etdilər, buna uyğun hərəkət etdilər, lakin uğursuz oldular”, – İran prezidenti qeyd edib.

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı “Rising lion” əməliyyatına başlayıb. İran isə cavabında İsrailə qarşı “Əsl vəd 3” əməliyyatına start verib. Ötən ayın 24-də isə tərəflər arasında atəşkəs əldə edilib.

Gununsesi.info