
Livanda diplomatik təmaslar aparan ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Barak “Biz Livanın Hizbullahla təkbaşına məşğul olmasını istəyirik, bu bizim işimiz deyil” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak paytaxt Beyrutdakı Baabda sarayında Livan prezidenti Cozef Avn ilə görüşüb.
Görüşün ardından mətbuat konfransı keçirən ABŞ nümayəndəsi Barak Livan-İsrail münasibətləri, Hizbullah və regional hadisələrlə bağlı qiymətləndirmələr edib.
Livana nə etməli olduqlarını təlqin etmədiklərini vurğulayan Barak, “Əksinə, qərarlarında onları dəstəkləyirik. Livan ilə İsrail arasında mövcud mexanizm düzgün işləmir. Prosesin Livanın daxilindən başlaması lazımdır və bu, Livanın öz öhdəsindən gəlmək istəmədiyi əsl çətinlikdir”, – deyə bildirib.
“Bölgəni dəyişdirməyin vaxtı gəldi. Tələbimizə cavab olaraq balanslı bir tonda istifadə olunduğunu görməkdən məmnun olduq. Bu, qiymətləndirilə bilən bir fürsətdir və Livan xalqı bunu ən doğru şəkildə edəcək. Region üçün irəliyə doğru addım atmağın vaxtı gəldi”.
Orxan