Nigeriyada qırğına bənzər qəza

  • By Admin2
  • 07 İyul 2025 11:16

Nigeriyada sürətlə hərəkət edən avtobusun yük maşınına çırpılması nəticəsində 21 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Kano əyalətində qırğına bənzər qəza baş verib.

Nigeriya Milli Yol Təhlükəsizliyi Kano Dövlət Müdirliyindən (FRSC) verilən yazılı açıqlamada, Kano-Zaria şosesində sürətlə hərəkət edən sərnişin avtobusunun hərəkətdə olan yük maşınına çırpıldığı bildirilib.

21 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu bildirilirdi.

Orxan

Gununsesi.info