
Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub.
FHN-dən Gununsesi.info-ya bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb ediliblər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Gununsesi.info-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.