
Moskvada ən nüfuzlu “qanuni oğru”lardan biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Vaqif Süleymanova qarşı cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Vaqif Süleymanovun Azərbaycan hüquq-mühafizə orqanlarının da axtarış siyahısında olduğu iddia olunur.