
Suya qalxan gəminin ekipajının yoldan keçən başqa bir gəmi tərəfindən xilas edildiyi bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən gün Qırmızı dənizdə Yunanıstanın idarə etdiyi yük gəmisi silah, pilotsuz təyyarə və raketlərlə hücuma məruz qalıb.
Dəniz təhlükəsizliyi rəsmilərinin verdiyi açıqlamaya görə, gəmidəki ekipaj yoldan keçən başqa bir gəmi tərəfindən xilas edilib.
Hücumun yəmənli husilər tərəfindən həyata keçirildiyi bildirilir.
Gəmi ilk olaraq səkkiz kiçik qayıqdan artilleriya atəşi və özüyeriyən qumbaraatanlarla hədəfə alınıb.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) və Britaniya təhlükəsizlik firması Ambrey verdiyi açıqlamada gəmidəki silahlı mühafizənin də cavab atəşi açdığını bildirib.
Ambrey, gəminin daha sonra dörd pilotsuz təyyarə və raketlə hədəf alındığını, onlardan ikisinin gəminin liman tərəfinə dəydiyini və yükünə zərər verdiyini söylədi. O, hücumun yanğına səbəb olduğunu da bildirib.
Təhlükəsizlik mənbələri bildiriblər ki, qayıq su götürüb və ekipaj gəmini tərk etmək məcburiyyətində qalıb, lakin bütün ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir.
Orxan