
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, “Mash” teleqram kanalı nazirin intihar etdiyi yerdən kadrlar yayıb.
Nazirin park edilmiş maşından bir neçə metr aralıda, kolluqlarda intihar etdiyi bildirilir.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Roman Starovoiti nəqliyyat naziri vəzifəsindən azad edib. Onun yerini müvəqqəti olaraq Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitin tutub.
“Məlumata görə, bir müddət əvvəl bölgədə istehkamların tikintisi zamanı mənimsəməyə görə saxlanılan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov Roman Starovoytun əleyhinə ifadə verib. Starovoyt işdən çıxarılıb və bundan sonra o, Moskva vilayətindəki evində intihar edib”, – teleqram kanallardan biri yazıb.
Həmin görüntüləri təqdim edirik: